
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında Ümumi Cərrahiyyə üzrə uzmanlıq ixtisası almışdır. 2018-ci ildən Respublika Diaqnostika Mərkəzinin Ümumi Cərrahiyyə Şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Avropa Kolorektal Cərrahiyə Dərnəyinin üç mərhələli yetərlilik imtahanını uğurla keçən və FEBS tituluna sahib olan ölkəmizdə ilk cərrahdır. Minimal invaziv əməliyyatlar üzrə geniş təcrübəyə malikdir, Azərbaycan və regionda ilk TransAnal Cərrahiyyə Mərkəzini qurmuşdur.
HaqqındaBeynəlxalq təmsilçilik
ESCP-nin Azərbaycan nümayəndəsi
Dr. İlqar İsmayılov Avropa Kolorektal Cərrahiyyə Dərnəyinin (ESCP) Azərbaycan üzrə nümayəndəsidir.
ESCP saytında baxƏməliyyatlar
Cərrahi İstiqamətlər
İcra etdiyimiz əməliyyatlardan bəziləri
Bağırsaq Xərçənginin Laparoskopik Cərrahiyyəsi
Yoğun və nazik bağırsaqda yerləşən şişlərin laparoskopik üsulla çıxarılması əməliyyatı.
Düz Bağırsaq Xərçənginin Laparoskopik Cərrahiyyəsi
Düz bağırsaq xərçənginin laparoskopik üsulla, kiçik dəliklər vasitəsilə çıxarılması əməliyyatı.
TAMİS – Transanal Minimal İnvaziv Cərrahiyyə
TAMIS – erkən mərhələdəki düz bağırsaq şişlərinin anus vasitəsilə minimal invaziv yolla çıxarılmasını təmin edən üsuldur.
Mədə Xərçənginin Laparoskopik Cərrahiyyəsi
Mədənin xəstə hissəsinin və limfa düyünlərinin minimal invaziv üsulla çıxarılması.
Qida Borusu Xərçənginin Minimal İnvaziv Cərrahiyyəsi
Qida borusu xərçənginin və limfa düyünlərinin laparoskopik çıxarılması əməliyyatı.
Laparoskopik Yırtıq Cərrahiyyəsi
Qarın divarındakı yırtığın minimal invaziv üsulla təmiri və az ağrı ilə qısa bərpa müddəti.
Öd Kisəsinin Laparoskopik Cərrahiyyəsi
Kiçik kəsiklərlə minimal invaziv üsulla öd kisəsinin çıxarılması. Daha az ağrı və qısa sağalma müddəti ilə müşayiət olunur.
Böyrəküstü Vəzi Cərrahiyyəsi
Əməliyyat ən çox şişlər, hormon ifrazında artım və ya böyrəküstü vəzidə aşkar olunan kütlələr səbəbilə həyata keçirilir.
Peritonial Karsinomatozis Cərrahiyyəsi (HİPEC, PİPAC)
Qarın boşluğuna yayılan xərçəng hüceyrələrinin Hipec və Pipac metodları ilə çıxarılması və kimyaterapiya tətbiqi.
Rəylər
Pasiyentlərlə söhbət
Əməliyyatdan sonra pasiyentlərimizin təəssüratları
- 05Mədə törəməsi diaqnozu ilə Laparoskopik Total Qastrektomiya icra olunmuş pasiyent əməliyyatdan sonrakı təəssüratlarını bölüşdü.
- 06Mədə çıxacağının xərçənginə görə "Laparoskopik Distal Gastrektomiya" (mədənin bir hissəsi qorunmaqla) əməliyyatı olan pasiyent.
- 07Mədənin girəcəyi nahiyyəsində yerləşən bədxassəli törəməyə görə icra olunan Laparoskopik Proksimal Subtotal Double-Tract Gastrectomy əməliyyatı olan pasiyent.
Xəbərlər
Son Xəbərlər
İştirak etdiyimiz seminar və konfranslar
"Gələcəyin onkologiyası" konfransında çıxış etdikSankt-Peterburqda keçirilən "Gələcəyin onkologiyası" konfransında düz bağırsağın aşağı hissəsindəki şişlərdə təxirə salınmış rekonstruksiyalar barədə çıxış etdik.Daha ətraflı
TKRCD vebinarında TAMİS əməliyyatı üzrə video təqdimatla çıxış etdikTürk Kolon və Rektum Cərrahiyyəsi Dərnəyinin (TKRCD) "Transanal Endoskopik Mikrocərrahiyyə" vebinarında TAMİS əməliyyatı üzrə video təqdimatla çıxış etdik.Daha ətraflı
TKRCD2025 konqresində Yoğun bağırsaq xərçəngi cərrahiyəsi mövzusunda çıxış etdik.Türkiyədə keçirilən Beynəlxalq Kolorektal Konqresdə xarici ekspertlərin təcrübə paylaşımı sessiyasında Yoğun bağırsaq xərçəngi cərrahiyəsi mövzusunda çıxışımız baş tutdu.Daha ətraflı
Reportaj və müsahibələr
Reportaj və İntervyular
- qafqazinfo.azqafqazinfo.az saytına müsahibəmiz
- oxu.azCənubi Qafqazın ilk və yeganə KARL STORZ OR1™ inteqrə əməliyyatxanası
- haqqin.azБакинские хирурги рапортуют об успехах
- haqqin.azУспешная операция по удалению новообразования в прямой кишке новейшим методом
- youtube.comSəhhət TV: Azərbaycan Cərrahlar Birliyi verilişi
- youtube.comAz.TV-də çıxışımız
- facebook.comİTV, "Sabaha saxlamayaq": Hər əməliyyatda ölüm ola bilər, günahkar axtarmaq lazım deyil
- medicina.az20-30 il əvvəl də insanlar xərçəngdən vəfat edirdi, amma...
- youtube.com"Bir xəstənin hekayəsi" Dr. İlqar İsmayılovla
Qəbul və əlaqə
Hər hansı bir sual və ya qəbula yazılmaq üçün əlaqə vasitələri
