Dr. İlqar İsmayılov ×

(+994) 55 773 64 99

Laparoskopik Yırtıq Cərrahiyyəsi | Dr. İlqar İsmayılov

Laparoskopik Yırtıq Cərrahiyyəsi

Qasıq və göbək nahiyəsində yaranan yırtıqların müasir, minimal invaziv üsulla müalicəsi – daha az ağrı, daha sürətli bərpa və estetik nəticə ilə.

Əməliyyata göstərişlər

  • Qasıq (ingvinal) yırtıqları
  • Göbək (umbilikal) yırtıqları
  • Əməliyyatdan sonra yaranan (insisional) yırtıqlar
  • Böyük ölçülü və təkrarlayan yırtıqlar

Laparoskopik üsulun mahiyyəti

Qasıq nahiyəsində olan yırtıqların müalicəsi laparoskopik cərrahiyə üsulu ilə (TEP və TAPP texnikaları) həyata keçirilir. Bu zaman göbək hissəsindən təxminən 10 mm-lik kəsikdən kamera yerləşdirilir, əlavə olaraq isə 5 mm və 3 mm-lik iki kiçik kəsikdən işçi alətlər daxil edilir. Bu üsul tək tərəfli, iki tərəfli və təkrarlayan yırtıqlarda uğurla tətbiq olunur.

Üstünlükləri

Xolesistektomiya əməliyyatlarında dəqiq texnoloji nəzarət.
Az travmatik üsulla qısa hospitalizasiya müddəti.
Qısa bərpa dövrü və gündəlik həyata tez dönüş.
Daş, iltihab və funksional pozğunluqlarda effektiv müalicə.

Az invazivlik

3 kiçik girişlə həyata keçirilir, ağrı minimal olur.

Tez bərpa

Xəstələr 1 gün sonra evə buraxılır, 5–7 günə aktiv həyata qayıdır.

Təkrarlanma riski azdır

Mesh implantı vasitəsilə yırtığın təkrar yaranması riski azalır.

Əməliyyat necə aparılır?
3 kiçik kəsikdən laparoskop və alətlər daxil edilir. Yırtıq sahəsi bərpa olunur və xüsusi mesh ilə möhkəmləndirilir. Əməliyyat ümumi anesteziya altında aparılır.
Sağalma müddəti nə qədərdir?
Adətən 1 gün xəstəxanada qalmaq kifayətdir. Tam aktiv həyata 1 həftə ərzində qayıtmaq mümkündür.
Təhlükəsizdirmi?
Təcrübəli cərrah tərəfindən aparıldıqda əməliyyat son dərəcə təhlükəsizdir və açıq əməliyyata nisbətən fəsad riski azdır.

Əlaqə

+994 50 455 50 44
RDM – Ümumi Cərrahiyyə Şöbəsi, Bakı