TAMİS əməliyyatı düz bağırsağın erkən mərhələli törəmələrinin və poliplərinin cərrahi yolla çıxarılmasında tətbiq edilən müasir texnologiyadır. Bu üsul sayəsində qarın kəsiyinə ehtiyac olmadan, anal yolla endoskopik alətlərlə əməliyyat aparılır. Nəticədə xəstə daha az ağrı hiss edir və çox qısa müddətdə bərpa olunur.
TAMİS (Transanal Minimal Invasive Surgery) xüsusi laparoskopik sistem vasitəsilə anal yoldan aparılan əməliyyat üsuludur. Bu zaman anal kanaldan elastik port yerləşdirilir, qazla genişləndirildikdən sonra 3D kamera və mikrocərrahi alətlərlə düz bağırsaq daxilindəki törəmə çıxarılır. Əməliyyat zamanı qarın boşluğu açılmır və cərrah bütün prosesi ekrandan yüksək dəqiqliklə idarə edir.
TAMİS erkən mərhələli və lokal törəmələrdə qızıl standart sayılır. Bu üsul xəstənin sağalma prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır və həyat keyfiyyətini qoruyur.
Törəmə yalnız düz bağırsağın selikli və ya selikaltı təbəqəsində yerləşirsə, TAMİS əməliyyatı ən ideal seçimdir. Bu üsul xərçəngi erkən mərhələdə tam çıxarmağa imkan verir.
Açıq əməliyyata uyğun olmayan, anesteziya riski yüksək xəstələrdə TAMİS daha təhlükəsiz alternativdir.
HD kamera ilə vizualizasiya yüksək olduğundan, cərrah törəməni tam sərhədləri ilə birlikdə çıxara bilir. Limfa disseksiyası tələb olunmadığı hallarda bu üsul qızıl standart sayılır.
Əməliyyatdan sonra xəstə eyni gün və ya növbəti gün evə buraxıla bilər. Normal qidalanma və hərəkətlilik 24–48 saat ərzində bərpa olunur.
Anal yolla aparıldığından bədən səthində iz qalmır.
Xəstələr çox vaxt eyni gün evə buraxılır.
Düz bağırsağın və sfinkterin funksiyaları qorunur.